27 yanvar 2025 09:10
142

“HƏMAS” ABŞ ilə dialoqa hazır olduğunu bildirib

Fələstinin “HƏMAS” hərəkatı ABŞ hakimiyyəti ilə dialoqa hazırdır.

“İki sahil” xəbər verir ki, bunu “Əl Ərəbiyyə” telekanalına “HƏMAS”ın siyasi bürosunun sədr müavini Musa Əbu Mərzuq deyib.

“Biz ABŞ-la dialoqa hazırıq. Tramp ciddi prezidentdir və onun Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff olmasaydı, Qəzza razılaşması əldə oluna bilməzdi. “HƏMAS” rəhbərliyinin mövqeyi ondan ibarətdir ki, hərəkatımız İsraildən başqa bütün tərəflərlə dialoqa açıqdır”, - deyə o vurğulayıb.