Milli Məclis yanında Toponimiya Komissiyasına yeni sədr seçiləcək.
“İki sahil” xəbər verir ki, bununla bağlı Toponimiya komissiyası sədrinin, sədr müavininin və komissiya katibinin seçilməsi haqqında məsələ müzakirəyə çıxarılacaq.
Məsələ Toponimiya Komissiyasının bugünkü iclasında müzakirə olunacaq.
Qeyd edək ki, Komissiya Azərbaycanın ərazi vahidlərində ad verilməsi, onların adlarının dəqiqləşdirilməsi və dəyişdirilməsi məsələlərinin müzakirə edilməsi və bu barədə Milli Məclisə rəy hazırlamaq məqsədi daşıyır.
Xatırladaq ki, Komissiyanın bundan əvvəlki sədri AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, sədr müavini Sevinc Fətəliyeva, katib isə Cavid İsgəndərov olub.
Şimali Kipr parlamentinin sədri: Türkiyə və Azərbaycan liderlərinin baxışı öz bəhrəsini verir
ABŞ-da 907-ci düzəlişin ləğvi və Azərbaycana qırıcı təyyarələrin satışı çağırışı edilib
Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir