Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) xidmətə yeni qəbul olunan gənc əsgərlərə daim qayğı göstərilir, onların adaptasiya prosesinə xüsusi həssaslıqla yanaşılır və hazırlığına diqqət yetirilir.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, çağırışçılar tibb məntəqəsində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə edildikdən sonra mövsümə uyğun hərbi geyim və digər təminat növləri ilə təmin olunurlar.
Proqrama əsasən, gənc əsgərlərlə sıra və fiziki hazırlıq üzrə dərslər, eləcə də döyüş hazırlığı üzrə məşğələlər keçirilir.
Bu məqsədlə onlarla nizamnamə hazırlığı, hərbi qanunvericilik, hərbi intizam qaydaları, təhlükəsizlik qaydaları, həmçinin sıra, fiziki və atəş hazırlığı üzrə məşğələlər keçirilir.
Bundan başqa, gənc əsgərlərin sağlamlığının diqqət mərkəzində saxlanılması və normalara uyğun keyfiyyətli qidalanmasının təşkili məqsədilə əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla bütün zəruri tədbirlər həyata keçirilir.
Həmçinin hərbi qulluqçuların mədəni-asudə vaxtının səmərəli təşkili məqsədilə də tədbirlər təşkil edilir.
Hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib