İsveç və Estoniya gəmiləri Baltik dənizində mayeləşdirilmiş təbii qaz tankeri "Pskov"un hərəkətini izləyir.
“İki sahil” xəbər verir ki, bu barədə İsveçin “Aftonbladet” nəşri məlumat yayıb.
Nəşr Baltik dənizində İsveç və Latviya arasında Latviya Dövlət Radio və Televiziya Mərkəzinin (LVRTC) fiber-optik kabelinin zədələnməsi ilə bağlı gəminin mümkün təxribatda şübhəli olub-olmadığını dəqiqləşdirmir.
Kabelin zədələnməsinə xarici təsirlərin səbəb ola biləcəyi ehtimal olunur.