Belarusda keçirilən prezident seçkilərində seçicilərin 85,69 %-i səsvermədə iştirak edib.
“İki sahil” BELTA-ya istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri İqor Karpenko məlumat verib.
Son məlumatlara görə, Belarusun hazırkı dövlət başçısı Aleksandr Lukaşenkoya seçicilərin 86,82 %-i səs verib.