Ukraynada davam edən hərbi əməliyyatlar səbəbindən ABŞ 2024-cü ildə silah satışından əldə etdiyi gəliri 29% artıraraq 318,7 milyard dollara çatdıra bilib.
“İki sahil” xəbər verir ki, bu barədə Fransanın “Ouest-France” qəzeti Dövlət Departamentinin məlumatlarına istinadla məlumat yayıb.
Nəşr qeyd edir ki, yekun nəticələr Lockheed Martin, General Dynamics və Northrop Grumman kimi Amerika silah istehsalçılarının satış artımı proqnozlarına uyğundur.
Amerikalı silah istehsalçıları "Patriot" sistemləri, artilleriya mərmiləri və zirehli maşınlar üçün sifarişlər sayəsində gələcək rüblərdə mənfəətlərinin sabit qalacağını gözləyirlər.
Donald Tramp ABŞ prezidenti vəzifəsinə gəldikdən sonra bəyan edib ki, hazırda Ukraynaya əlavə silah tədarükü məsələsi nəzərdən keçirilir. Tramp qeyd edib ki, Amerikanın Ukrayna Silahlı Qüvvələrinə verdiyi yardım son bir ildə Avropadan gələn silah tədarükünü 200 milyon dollar üstələyib.