27 yanvar 2025 12:38
127

Çin ABŞ-ı koronavirusun mənşəyini siyasiləşdirməyi dayandırmağa çağırıb

ABŞ COVID-19-un mənşəyini siyasiləşdirməyi dayandırmalı və öz bioloji laboratoriyalarının fəaliyyətinə aydınlıq gətirməlidir.

“İki sahil” "RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.

Onun sözlərinə görə, koronavirusun mənşəyi problemi alimlərin həll etməli olduğu elmi sualdır.

"ABŞ koronavirusun mənşəyi məsələsini siyasiləşdirməyi və alətləşdirməyi, günahı başqa ölkələrə atmağı dayandırmalıdır"- deyə Mao Nin bildirib.

O, vurğulayıb ki, Vaşinqton öz bioloji laboratoriyaları ilə bağlı insanların şübhələrini aradan qaldırmalı və onların fəaliyyəti ilə bağlı izahat verməlidir.