27 yanvar 2025 12:49
134

Fransa Ruandanın Konqo Demokratik Respublikasındakı üsyançılara dəstəyini pisləyib

Rəsmi Paris Konqo Demokratik Respublikası ilə həmrəyliyini ifadə edib və Ruandanın Demokratik Konqoda Qoma şəhərinin ələ keçirildiyini elan edən 23 Mart (M23) üsyançı hərəkatını dəstəkləyən hərəkətlərini pisləyib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barro deyib.

Qeyd edək ki, bazar ertəsi gecəsi M23 üsyançı hərəkatının bir hissəsi olan Konqo Çay Alyansının lideri Konqo Demokratik Respublikasının şərqindəki ən böyük şəhər olan Qomanın tutulduğunu elan edib. Ölkə hökuməti üsyançıların şəhərə doğru irəliləməsini “müharibə elanı” hesab edib. Münaqişə zonasında eskalasiya fonunda bu il yanvarın 25-də KDR Xarici İşlər Nazirliyi Ruanda ilə diplomatik münasibətləri kəsdiyini və diplomatik heyətinin Kiqalidən çıxarılmasını elan edib.