Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov sülh danışıqları yaydan əvvəl başlamazsa, ölkənin mövcudluğuna təhlükə olması ilə barədə xəbərdarlıq edib.
“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti “Ukrayna həqiqəti” nəşrinə istinadla məlumat yayıb.
Budanovun Ukrayna parlamentində qapalı iclasda Kiyevin hələ nə qədər vaxtının olduğu sualına cavab verərkən müvafiq proqnoz verdiyi vurğulanır.
Qəzetin mənbəsinin sözlərinə görə, Budanov cavab verib ki, yaya qədər ciddi danışıqlar aparılmasa, “Ukraynanın mövcudluğu üçün çox təhlükəli proseslər başlaya bilər”.
Daha əvvəl Budanov demişdi ki, Rusiyanın fiber-optik FPV pilotsuz təyyarələri Ukrayna Silahlı Qüvvələri üçün böyük problemdir.