27 yanvar 2025 13:11
135

FTB Nyu-Yorkda irimiqyaslı nüvə təlimləri ilə bağlı xəbərdarlıq edib

26 yanvar - 31 yanvar 2025-ci il tarixləri arasında Nyu-Yorkun Schenectady şəhərində və ətrafında genişmiqyaslı, çox təşkilatlı nüvə insidentlərinə cavab təlimi keçiriləcək.

“İki sahil” RT-yə istinadla xəbər verir bu barədə Federal Təhqiqatlar Bürosu (FTB) məlumat yayıb.

“Təlim iştirakçıları real şəraiti imitasiya etmək üçün fərdi mühafizə vasitələrində əməliyyatlar keçirəcəklər. Təlimlərə federal, regional və yerli hüquq-mühafizə orqanlarının təyyarələri də cəlb olunacaq”, - deyə, məlumatda qeyd edilir.

Təlimlər mütəxəssislərə ABŞ-da və ya xaricdə potensial nüvə insidentlərinə hazırlıqlarını artırmağa imkan verəcək.

Agentlik nümayəndələri təlimlərin heç bir təhlükə yaratmadığını vurğulayaraq, yerli sakinlərdən hadisələrdən narahat olmamağı xahiş ediblər.