Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhəddində yerləşdirilən müşahidə missiyası Zəngilan istiqamətində fəaliyyətini aktivləşdirib.
“İki sahil” “Report”a istinadla xəbər verir ki, Ermənistanın Azərbaycanla şərti sərhəddə yerləşdirilən Aİ-nin müşahidə missyasına məxsus maşın karvanı sərhədə doğru irəliləyir.
Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir.
Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb