Sabah bələdiyyə seçkilərində səs verəcək seçicilərin yekun sayı açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanda hazırda bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var:
"Seçicilərin 5 milyon 875 min 802 nəfəri daimi, 86 min 185 nəfəri isə müvəqqəti seçki məntəqələrində səs verəcək".