28 yanvar 2025 14:20
433

Bələdiyyə seçkilərində 70 min 625 yerli müşahidəçi akkreditasiyadan keçib - MSK-nın sədri

Bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə 70 min 625 yerli müşahidəçi akkreditasiyadan keçib.

“İki sahil” xəbər verir ki, bu sözləri bələdiyyə seçkiləri ilə əlaqədar keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.