Ermənistanda müşahidə missiyasını 2027-ci ilə qədər uzadan Avropa İttifaqının (Aİ) Azərbaycanla şərti sərhəddə avantürst addımları davam edir.
“İki sahil” “Report”a istinadla xəbər verir ki, Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirilən Aİ-nin müşahidə missiyasının üzvləri binoklla Azərbaycan ərazilərini müşahidə edir. Kadrlardan da görünür ki, əraziyə yaxınlaşan missiya üzvləri müzakirələr aparırlar.
Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir.
Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb