Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə fevralın 2-də elan olunmuş aksiya ilə bağlı məlumat yayıb.
“İki sahil” xəbər verir ki, nazirlik aksiya iştirakçılarına qanun çərçivəsində hərəkət etməyi tövsiyə edib: “Polis qanun pozuntularının qarşısını almaq üçün bütün müvafiq hüquqi tədbirləri görəcək”.
Qeyd olunub ki, beynəlxalq əhəmiyyətli yollar strateji obyektlər hesab edilir və onların bloklanması cinayət məsuliyyəti yaradır.
DİN-in açıqlamasında bildirilir: “Strateji və ya xüsusi əhəmiyyətli obyektlərin siyahısına beynəlxalq əhəmiyyətə malik magistrallar, eləcə də Tbilisiyə giriş və çıxış yolları daxildir. Həmin ərazilərin bloklanması Cinayət Məcəlləsinin 222-ci maddəsinə əsasən cəzalandırılır. Bu cəza 2 ildən 4 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur".