02 fevral 2025 11:36
81

Xəzər dənizinin Lənkəran sahilində meyit aşkarlanıb

Xəzər dənizinin Lənkəranın Siyavar kəndinə düşən sahilində meyit aşkarlanıb.

“İki sahil” xəbər verir ki,  meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan birinə aid olduğu deyilir.

Qeyd edək ki, yanvarın 14-də balıq tutmaq məqsədilə Lənkəran rayonunun Siyavar kənd sakinləri 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayev və 1968-ci il təvəllüdlü Nazim Səməd oğlu Abbasov dənizə çıxıblar və itkin düşüblər.