02 fevral 2025 20:52
100

"Zirə" "Qarabağ"a qalib gəldi

Misli Premyer Liqasının 21-ci turunun son oyununda "Zirə" ilə "Qarabağ" yarışıblar.

İki sahil”in məlumatına görə, matçın 20-ci dəqiqəsində Aleksey Kaşuk hesabı açıb. 42-ci dəqiqədə isə Patrik Andrade ağdamlıların üstünlüyünü iki topa yüksəldib.

56-cı dəqiqədə “Zirə”ni ümidləndirən qolun müəllifi olan Salifu Suma 67-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vuraraq hesabı bərabərləşdirib.

90-cı dəqiqədə isə Davit Volkov bakılıların qələbə qolunu vurub.

Misli Premyer Liqası,

21-ci tur

2 fevral

19:00. “Zirə” 3–2 “Qarabağ”

Qollar: Aleksey Kaşuk, 20 (0-1), Patrik Andrade, 42 (0-2), Salifu Suma, 56 (1-2), Salifu Suma, 67 (2-2), Davit Volkov, 90 (3-2)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev

VAR: Rauf Cabbarov

AVAR: Pərvin Talıbov

Zirə İdman Kompleksinin stadionu

31 yanvar

Kəpəz” 3-2 “Sabah”

Neftçi” 1-0 “Şamaxı”

1 fevral

“Sumqayıt” 0-0 “Araz-Naxçıvan”

“Turan Tovuz” 1-1 “Səbail”

Məhərrəm Ağalaroğlu, “İki sahil”