Xəzər rayonu ərazisində yerləşən 3 evdən ümumilikdə 5500 manat dəyərində avtomobil ehtiyat hissələri, naqil və təmir alətləri oğurlanması barədə polisə məlumatlar daxil olub.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 42 yaşlı X.Nuriyev müəyyən olunaraq saxlanılıb.
Eyni zamanda Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşları tərəfindən isə rayon ərazisində yerləşən evlərin birindən 200 manatı açıq talama yolu ilə ələ keçirməkdə şübhəli bilinən 27 yaşlı M.Məhərrəmov, 26 yaşlı A.Tağıyeva, 24 yaşlı N.Səmədova, 28 yaşlı M.Məmmədov və İ.Qurbanovun müəyyən olunaraq saxlanılması təmin edilib.
Araşdırmalar aparılır.