03 fevral 2025 18:11
91

Bakıda yeni skuter parklanma məntəqələri yaradılıb

Mikromobilliyin təşkili məqsədilə yeni skuter parklanma məntəqələri yaradılır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "İki sahil"ə verilən məlumata görə, iki küçədə yeni skuter parklanma məntəqələri yaradılıb.

Bildirilib ki, Agentlik tərəfindən Həsən bəy Zərdabi prospektində, Abbas Mirzə Şərifzadə küçəsində skuter parklanma məntəqələri təşkil edilib.