03 fevral 2025 16:05
90

Sərt cavab verməli olacağıq - Danimarkanın baş naziri

Danimarkanın baş naziri Mette Frederiksen, ABŞ prezidenti Donald Trampın Aİ mallarına rüsum tətbiq edəcəyi təqdirdə Avropa ölkələrinin sərt cavab verməli olacağını bildirib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Mette Frederiksen bu barədə Brüsseldə jurnalistlərə bildirib.

“Mən ticarət müharibələrinin tərəfdarı deyiləm. Əslində, mən bunun əksini müdafiə edirəm. Amma göz qabağındadır ki, Avropa bazarı Amerikanın çox güclü təzyiqinə məruz qalsa, biz sadəcə olaraq sərt reaksiya verməkdən başqa heç nə edə bilməyəcəyik. Təəssüf ki, çox sərt cavab verməli olacağıq. “Təəssüf ki,” deyəndə bunun adi insanlara təsir edəcəyinə görədir”- deyə, Mette Frederiksen bildirib.