03 fevral 2025 17:35
103

Avropaya müdafiə sənayesi ilə bağlı konkret sazişlər lazımdır - Olaf Şolts

Almaniya kansleri Olaf Şolts Avropada təhlükəsizlik və müdafiənin gücləndirilməsi, həmçinin birgə satınalma prosesinin təkmilləşdirilməsinin tərəfdarıdır.

“İki sahil” xəbər verir ki, o, bunu Avropa İttifaqı (Aİ) ölkələrinin liderlərinin Brüsseldə keçirilən qeyri-rəsmi sammitinə gələrkən bildirib.

"Birincisi, bu təhlükəsizlik və müdafiədir. Biz onları gücləndirməliyik”, – kansler qeyd edib.

O, həmçinin deyib ki, Avropaya müdafiə sənayesi ilə bağlı konkret sazişlər lazımdır.

"Rəqabət qaydaları vasitəsilə nəzarət olmadan belə daha sıx əməkdaşlıq təmin edilməlidir. Biz birgə satınalma prosesini təkmilləşdirməli, həmçinin ardıcıl və irimiqyaslı birgə istehsalı təmin etməliyik. Bu, həm lazım gəldikdə, istehsal həcmlərinin artırılması imkanının əlçatan olması, həm də hər şeyə yenidən başlamamağımız üçün vacibdir", - Almaniya hökumətinin başçısı bildirib.