03 fevral 2025 23:35
85

“Qalatasaray” səfərdə çətin qələbə qazanıb

Futbol üzrə Türkiyə Superliqasında XXIV tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, bağlanış oyununda “Qalatasaray” səfərdə “Qaziantep”in qonağı olub.

Görüş İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 5-ci dəqiqədə Ahmet Kutucu vurub.

Bu nəticədən sonra xallarını 57-yə çatdıran “Qalatasaray” turnir cədvəlinə başçılıq edir. “Qaziantep” isə 26 xalla 12-ci pillədə qərarlaşıb.