04 fevral 2025 14:22
55

Qərb Rusiya, Çin və İranı Suriyadan çıxarmağa çalışır - Lavrov

Qərb Rusiya, Çin və İranı Suriya nizamlanması prosesində iştirakdan uzaqlaşdırmağa çalışır.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Valday Beynəlxalq Diskussiya Klubunun XIV Yaxın Şərq Konfransında çıxışı zamanı deyib.

“Rusiya, Çin və İranı Suriya nizamlanması prosesindən çıxarmaq cəhdləri xoş niyyətlə diktə olunmur", - deyə, nazir bildirib.

Bundan əvvəl Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS agentliyinə müsahibəsində bildirib ki, Suriyada baş verənlərə baxmayaraq, Moskva regionda öz mövqeyini itirmir. Onun sözlərinə görə, Yaxın Şərqdə siyasi mənzərənin dəyişməsi Rusiya üçün əlavə imkanlar açır.