04 fevral 2025 14:35
87

Stoltenberq Norveçin yeni maliyyə naziri olub

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Norveçin yeni maliyyə naziri təyin edilib.

Bu barədə "İki sahil" xarici KİV-ə istinadən xəbər verir.

Yeni Norveç kabinetinin tərkibini ölkənin Baş naziri Yonas Qar Styor açıqlayıb.

Y.Stoltenberqin özü də Norveçin yenilənmiş hökumətinə maliyyə naziri kimi daxil olduğunu təsdiqləyib.

"Qarşımızda duran çağırışları diqqətlə nəzərdən keçirdikdən sonra Baş nazir Styorun maliyyə naziri kimi işləmək təklifini qəbul etməyə qərar verdim", - o bildirib.

Y.Stoltenberq əlavə edib ki, əvvəllər razılaşdırılmış Münxen Təhlükəsizlik Konfransının sədri vəzifəsindən və digər öhdəliklərdən imtina etmir. Hökumətdəki iş dövrü başa çatdıqdan sonra onlara qayıdacaq.