05 fevral 2025 16:41
79

Pezeşkianla Tramp arasında GİZLİ GÖRÜŞ OLA BİLƏR

ABŞ Prezidenti Donald Trampla İran Prezidenti Məsud Pezeşkianın görüşü İslam Respublikası hökumətinin gündəliyində yoxdur.

“İki sahil” “Mehr” agentliyinə istinadla xəbər verir ki, bunu İranın birnci vitse-prezidenti Məhəmmədrza Arif Müdafiə Nazirliyinin təşkil etdiyi sərgidə jurnalistlərə açıqlamasında bildirib.

O, Donald Trampla Məsud Pezeşkian arasında görüş ehtimalı ilə bağlı bunları deyib:

“Hazırda İran İslam Respublikasının gündəmində belə bir məsələ yoxdur. Ancaq iki şəxs arasında görüş baş tuta bilər”.

Bu günlərdə Donald Tramp Məsud Pezeşkianla görüşə hazır olduğunu bildirmişdi.