06 fevral 2025 19:29
89

“Qalatasaray” səfərdə “Boluspor”a qalib gəlib

Türkiyə kubokunda II turun oyunları davam edir.

“İki sahil” xəbər verir ki, günün ilk matçında “Kasımpaşa” səfərdə “İstanbulspor”un qonağı olub.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Turun digər oyununda isə, “Qalatasaray” millimizin üzvü Vüsal İsgəndərlinin komandası “Boluspor”la üz-üzə gəlib.

11-ci dəqiqədə Vüsal hesabı açsa da, ev sahiblərinin sevinci çox çəkməyib.  Görüş “Boluspor”un 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

"Qalatasaray"ın qollarını Alvaro Morata, Eyüp Aydın, Yusuf Dəmir və Ahmed Kutucu vurublar