07 fevral 2025 13:12
91

Azərbaycanın Ukraynaya humanitar məqsədli yardımlarının məbləği 40 milyon dolları keçib

Azərbaycanın Ukraynaya humanitar məqsədli yardımlarının ümumi məbləği 40 milyon dolları keçib.

“İki sahil” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ukraynada yaranmış son vəziyyətlə əlaqədar olaraq bir neçə dəfə Ukrayna xalqına humanitar yardım göstərib:

“Ukraynada dağılmış elektrik təchizatının yenidənqurulması və dayanıqlı infrastrukturun yaradılması üçün 120-yə yaxın transformator və komplekt transformator məntəqəsi, 70-ə yaxın generator, 3,3 milyon metrdən çox naqil və kabellər göndərilib”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 5-də imzaladığı sərəncama əsasən, Ukraynaya humanitar yardım məqsədilə bir milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılıb.