Ukrayna göstərilən müntəzəm yardıma görə Azərbaycana təşəkkürünü bildirir.
“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Azərbaycan Ukraynaya növbəti humanitar yardım partiyası göndərib. Ukraynanın enerji infrastrukturunun bərpasına kömək etmək üçün Prezident İlham Əliyevin ayırdığı 1 milyon ABŞ dolları dəyərində kabel və elektrik avadanlığı partiyası artıq yoldadır. Daimi dəstəyə görə Azərbaycana minnətdarıq", - diplomat yazıb.
Qeyd edək ki, Azərbaycan 2022-ci ildən etibarən Ukraynaya 40 milyon dollardan çox məbləğdə humanitar yardım göstərib.