Fransanın keçmiş prezidenti Nikoly Sarkozi bu gün "dinləmə" işi üzrə hökmün icrası çərçivəsində elektron qolbaq almaq üçün məhkəməyə gəlməlidir.
“İki sahil” xəbər verir ki, bu barədə “France Presse” agentliyi məlumat yayıb.
"Nikola Sarkozi bu gün telefon danışıqlarının dinlənilməsi işi üzrə elektron qolbaq taxmalıdır", - mənbə bildirib.
Onun məlumatına görə, səhər saatlarında qolbaq hələ taxılmamışdı.
Ötən həftə N.Sarkozi hökmün icra şərtləri barədə məlumatlandırılması üçün Paris məhkəməsinə çağırılmışdı.