07 fevral 2025 19:44
104

USAID-i bağlayın - Tramp

ABŞ Prezidenti Donald Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) korrupsiyanın görünməmiş həddə çatdığını bildirib.

“İki sahil” xəbər verir ki, Donald Tramp bu haqda “Truth Social” platformasında yazıb.

“USAID radikal solçuları dəli edir. Və pulun böyük hissəsi saxtakarlıqla, tamamilə anlaşılmaz şəkildə xərcləndiyinə görə bu barədə heç nə edə bilmirlər. Korrupsiya əvvəllər heç vaxt görülməmiş səviyyəyə çatıb. Onu bağlayın”, - o qeyd edib.