Misli Premyer Liqasının 22-ci turunda “Sabah” “Turan Tovuz”u qəbul edib.
“İki sahil”in məlumatına görə, qarşılaşmanın 15-ci dəqiqəsində Aleks Souza hesabı açıb.
50-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Pavol Şafranko bərabərlik qolunun müəllifi olub. 59-cu dəqiqədə isə Cessi Sekidika “bəyquşları” hesabda önə çıxarıb.
Bununla da “Sabah” doğma meydanda qələbəyə sevinən tərəf olub.
Misli Premyer Liqası,
22-ci tur
9 fevral
17:00. “Sabah” 2–1 “Turan Tovuz”
Qollar: Aleks Souza, 15 (0-1), Pavol Şafranko, 50 – pen. (1-1), Cessi Sekidika, 59 (2-1)
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Eyyub İbrahimov.
“Bank Respublika Stadionu”
Məhərrəm Ağalaroğlu, “İki sahil”