10 fevral 2025 02:20
125

“Əl-Qabas”: Şaraa tezliklə Küveytə səfər edəcək

Küveyt Suriya administrasiyasının yeni başçısı kimi Əl-Şaraanın səfər edəcəyi ikinci Körfəz ölkəsi olacaq.

İki sahil” xəbər verir ki, bu barədə Küveytin “Əl-Qabas” qəzeti diplomatik mənbəyə istinadən məlumat yayıb.

Xatırladaq ki, fevralın 2-də Şaraa ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib. Fevralın 4-də Suriyanın müvəqqəti prezidenti Türkiyəyə səfər edib. Əl-Şara ilk xarici səfərləri zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”