Kosovoda keçirilən parlament seçkilərind hakim "Özmüqəddəratını təyinetmə" Partiyası lideridir, lakin o, mütləq çoxluğa sahib deyil.
“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bu, büllütenlərin 88 faizinin sayılmasından sonra məlum olan ilkin nəticədir.
"Reuters" xəbər verir ki, hakim partiya səslərin 41,3 faizini toplayıb. Kosovo Demokratik Partiyası (DPK) 21,8% səslə ikinci, Kosovo demokratik liqası (DLK) 17,8% səslə üçüncüdür.
Hazırkı nəticələr onu göstərir ki, Kosovo hökumətinə yenidən hazırkı baş nazir Albin Kurti rəhbərlik edəcək.
"Reuters"in məlumatına görə, Kurtinin dövründə Kosovoda işsizlik səviyyəsi 30%-dən 10%-ə düşüb. Albin Kurti dəfələrlə Kosovoya Aİ üzvlüyünə namizəd statusunun verilməsinin tərəfdarı olduğunu açıqlayıb.