10 fevral 2025 02:37
137

Litvanın ən böyük müxalifət partiyasına keçmiş müdafiə naziri Kasçunas rəhbər seçilib

Litvanın keçmiş müdafiə naziri Laurinas Kasçunas ölkənin ən böyük müxalifət partiyası olan “Vətən İttifaqı – Litva Xristian Demokratları”nın sədri seçilib.

“İki sahil” xəbər verir ki, bu barədə siyasi təşkilatın seçki qərargahı məlumat yayıb.

Kasçunas 13 448 nəfərin, yəni partiya liderini seçənlərin 78 %-nin səsini qazanıb.

“Səsvermənin nəticələri göstərir ki, partiyaya dəyişikliklər, əldə etdiyimiz yaxşı şeyləri qoruyub saxlamaqla yeni səhifənin açılması lazımdır”, – seçilmiş sədr bildirib.

O, mart ayında partiyanın qurultayında rəsmi təsdiqdən sonra vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, mühafizəkarların lideri postuna beş nəfər namizədliyini irəli sürmüşdü. Onların arasında keçmiş müdafiə naziri Arvidas Anuşauskas, parlament sədrinin müavini Radvile Morkunayte-Mikulenene, Seym (parlament) deputatı Jigimantas Pavilyonis və partiyanın Yurbarkas şöbəsinin sədri Dayvaras Rıbakovas da var idi.