10 fevral 2025 09:01
117

Rusiyanın Primorsk diyarında ağacdaşıyanın avtobusla toqquşması nəticəsində 15 nəfər xəsarət alıb

Rusiyanın Primorsk diyarında ağacdaşıyan maşın və avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 15 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə regional Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Qəza nəticəsində 15 nəfər Çuquyevski Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hamısı həkimlər tərəfindən müayinə olunub. Dörd nəfər xəstəxanaya yerləşdirilib. 2022-ci il təvəllüdlü uşaq müayinə olunub, vəziyyəti qənaətbəxşdir. Bir nəfər ağır vəziyyətdə Arsenyev Şəhər Xəstəxanasına köçürülüb”, – mətbuat xidməti bildirib.

Əlavə olunub ki, tibb müəssisələrinə çatdırılan bütün sərnişinlərə tam həcmdə yardım göstərilib. Xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayan xəstələr ambulator müalicəyə göndərilib.

Bölgə prokurorluğunun dəqiqləşdirilmiş məlumatına görə, ağacdaşıyan maşının dönmə zamanı boş qoşqusu sürüşərək Çuquyevka – Zavetnoye marşrutu ilə hərəkət edən avtobus ilə toqquşub.

Rayon prokurorluğu araşdırma aparır.