10 fevral 2025 23:27
107

Rusiya Ukraynanın itkilərini açıqladı - 1083-cü gün

Rusiya müharibənin 1083-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 653 təyyarəsi, 283 helikopteri, 42 851 PUA-sı, 592 zenit-raket kompleksi, 21 278 tank və digər zirehli texnikası, 1 514 reaktiv yaylım atəş sistemi, 21 477 artilleriya və minaatanı, 31 438 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.