Bu gün Misli Premyer Liqasının XXII turunda daha iki oyun keçiriləcək.
“İki sahil”in məlumatına görə, 16:00 start götürəcək müsabiqədə “Araz-Naxçıvan” ilə “Kəpəz” yarışacaq.
19:00-da isə “Zirə” “Neftçi”ni sınağa çəkəcək.
Azərbaycan Premyer Liqası
XXII tur
10 fevral
16:00. “Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Kamran Əliyev.
VAR: Rauf Cabarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
“Liv Bona Dea Arena”
19:00. “Zirə” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, ötən gün "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib.
Tura noyabrın 11-də "Qarabağ" - "Səbail" qarşılaşması ilə yekun vurulacaq.