10 fevral 2025 09:59
124

"Qarabağ" klubu dünya reytinqində geriləyib

"Qarabağ" klubu dünya reytinqində 6 pillə geriləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytında bildirilib.

Azərbaycan çempionu hazırda 166,25 xalla 87-ci pillədə qərarlaşıb. Mövqeyi dəyişməyən "Zirə" (103,25 xal) 208-ci sıradadır.

14 pillə geriləyən "Sabah" (61 xal) 400-cü, 5 sıra geriləyən "Turan Tovuz" (53,75 xal) isə 499-cu ola bilib.

Qeyd edək ki, 504 komandanın yer aldığı siyahıya İspaniya təmsilçisi "Real" başçılıq edir - 481 xal.