“İki sahil” xəbər verir ki, ilk öncə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov qeyd edib ki, son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. R.Hüseynov qeyd edib ki, Azərbaycan özünü bölgənin ən güclü və qalib dövləti kimi təsdiqləyib. İnanırıq ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçiriləcək tədbirlər cəmiyyətimizdə həmrəylik ovqatını daha da genişləndirəcək, 2025-ci il milli birlik və həmrəylik ilimizə çevriləcək.
Çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının birinci müavini Teymur Səmədov Sumqayıt şəhərinin 2025-ci il üçün “Gənclər Paytaxtı” seçildiyini bildirib. Cənab Prezident İlham Əliyevin siyasi kursunda da xüsusi yer tutan və daim təkmilləşdirilən gənclər siyasəti gənclərin potensialından səmərəli istifadə olunmasına, milli-mənəvi dəyərlərə hörmət edən, vətənpərvər ruhda yetişən gəncliyin formalaşmasına şərait yaratmışdır.
Milli Məclisin deputatları Mehriban Vəliyeva, Elnarə Akimova, Sumqayıt Regioanl Vəkil Bürosunun müdiri Anar Qasımlı, Sumqayıt Dövlət Universitetinin Tarix və Coğrafiya fakultəsinin dekanı Adil Baxşəliyev bildiriblər ki, ötən müddət ərzində ərazi bütövlüyünün, suverenliyin bərpa edilməsi müasir çağdaş tariximizin ən mühüm hadisəsinə çevrilərək müasir Azərbaycanın yeni inkişaf mərhələsini formalaşdırır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunan bu ildə də Azərbaycan yeni reallıqlar və çağırışlar şəraitində öz məqsədlərinə doğru inamlı addımlar atacaq. İnanırıq ki, Azərbaycan gəncliyi tariximizin bu yeni dövründə də ölkəmizin gələcək inkişafına layiqli töhfələr verəcək, yeni-yeni nailiyyətləri ilə bizi sevindirəcəkdir.
Sonda Heydər Əliyev Məktəbinin iştirakçılarına sertifikatlar, partiya sıralarına yeni üzv olan gənclərə üzvlük vəsiqələri təqdim olunub.