Tacikistan tərəfdən belə bir müraciət daxil olarsa, Rusiya Tacikistanda Rusiya universitetlərinin filialları şəbəkəsini genişləndirməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Düşənbədəki səfiri Semyon Qriqoryev bildirib.
Onun sözlərinə görə hazırda Tacikistanda üç Rusiya universitetinin filialı fəaliyyət göstərir.
"Tacikistanda Rusiya təhsilinə müstəsna yüksək marağı və respublikanın sənayesi və xalq təsərrüfatı üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması zərurətini nəzərə alaraq, Rusiya Federasiyası bu məsələdə, o cümlədən təhsil müəssisələri şəbəkəsini genişləndirməklə kömək etməyə hazırdır", - deyə, diplomat bildirib.