10 fevral 2025 12:27
119

Su-57 qırıcıları, yoxsa F-35A?

ABŞ Rusiyanın Su-57 qırıcılarının nümayişi ilə bağlı məlumatların ortaya çıxmasından sonra "Aero India 2025" aerokosmik sərgisində F-35A və F-16 qırıcılarının uçuş proqramlarını ləğv etmək qərarına gəlib.

“İki sahil” xəbər verir ki,  bu barədə Rusiyanın Hindistandakı səfiri Denis Alipov TASS-a müsahibəsində danışıb.

Yeni Dehlinin digər ölkələrlə hərbi-texniki əməkdaşlığının şaxələndirilməsini müzakirə edən Denis Alipov belə bir prosesin təbii olduğunu qeyd edib.