Türkiyə Ticarət Nazirliyi Suriyadan mal və məhsul idxalına icazə verib.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə SANA agentliyinə Quru və Dəniz Limanları Baş İdarəsinin nümayəndəsi Mazen Alluş məlumat verib.
"Quru və Dəniz Limanları Baş İdarəsi və Türkiyə Ticarət Nazirliyi arasında keçirilən iclaslar və aparılan müzakirələr nəticəsində Suriya malları və ərzaq məhsullarının Türkiyə bazarlarına ixracına qoyulan məhdudiyyətlərin ləğvi barədə qərar qəbul edilib", - məlumatda bildirilib.