“ABŞ prezidenti Donald Tramp öz maraqlarına xidmət edən qərarlar qəbul edir və bu dünya iqtisadiyyatlarına təsir edir”.
Küveyt: Tramp dünya iqtisadiyyatlarına təsir edəcək öz xeyrinə qərarlar qəbul edir
“İki sahil” Küveyt mətbuatına istinadla xəbər verir ki, bunu Küveytin baş naziri Əhməd Abdulla əl-Sabah Dubayda keçirilən 2025-ci il Dünya Hökuməti Sammitində (WGS 2025) çıxışında deyib.
Qlobal iqtisadiyyatın gedişi ilə bağlı dialoq sessiyası iştirakçılarının çıxışlarından məmnunluğunu bildirən Sabah sessiyada süni intellektin təhlükəsi və onun dünyaya təsirinə toxunulduğunu bildirib: "Unutmamalı və diqqət etməli olduğumuz bir şey var; çünki bu şey önümüzdəki dövrdə qlobal iqtisadiyyata təsir edəcək və istiqamətləndirəcək. Bu, Trampın təsiri və gələcəyə yanaşmasıdır. Bu məqama diqqət yetirməliyik; çünki Tramp öz maraqlarına xidmət edən qərarlar verir və qlobal iqtisadiyyata baxdığımızda bir reaksiya olmalıdır və bu reaksiya qlobal iqtisadiyyatlara təsir edəcəyi üçün artıq başlayıb".
Xatırladaq ki, dünən Dubayda dünyanın müxtəlif yerlərindən 30-a yaxın dövlət başçısı və liderin qatıldığı 12-ci Dünya Hökuməti Sammiti 2025 öz işinə başlayıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”