12 fevral 2025 11:13
94

Beş ildə Kürdəmirdə ASANlaşan 608 min müraciət!

Beş il öncə, fevralın 12-də Prezident İlham Əliyevin iştirakı ilə Kürdəmirdə “ASAN Həyat” kompleksinin açılışı 12-də olub.

“İki sahil” xəbər verir ki, Kürdəmir regional “ASAN xidmət” mərkəzi Kürdəmir, Hacıqabul, Ağsu, Göyçay, Ucar və Zərdab rayonlarında qeydiyyatda olan 540 mindən çox vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir.

Kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, uşaq meydançası, fəvvarə və oturacaqlar, istirahət meydançası, avtodayanacaq, çay evi və kafelər, restoran və “ABAD Food Hall” yaradılıb.

Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.

Fəaliyyət göstərdiyi müddət ərzində mərkəzə 608 minə yaxın vətəndaş müraciəti qeydə alınıb. Gündəlik orta müraciət sayı 600-ə yaxındır.

Mərkəzin fəaliyyət göstərdiyi müddət ərzində 300 nəfər könüllü məzun adını qazanıb.