12 fevral 2025 13:57
74

4 qumbara, 2 "Kalaşnikov", 14 ov tüfəngi...

Ağcabədidə 4 qumbara, 2 "Kalaşnikov" avtomatı tapılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon ərzaisindən 4 qumbara, 2 "Kalaşnikov" avtomatı, xeyli sayda patron tapılaraq götürülüb. Həmçinin vətəndaşlardan müvafiq sənədləri olmayan 14 ov tüfəngi təhvil alınıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.