12 fevral 2025 12:21
133

Binəqədidə sexdə baş verən yanğın söndürülüb - YENİLƏNİB/VİDEO

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən sexin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexin ərazisində tullantılar yığılmış sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

Binəqədi rayonu, İslam Abışov küçəsi yaxınlığında sexdə baş verən yanğının qarşısı alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, İslam Abışov küçəsi yaxınlığında sexdə yanğın olması barədə ilkin məlumat daxil olub.

"İki sahil" FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğının yayılmasının qarşısı alınıb. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.