Artıq 20 min uşaq “İcma əsaslı məktəbəqədər təhsil” layihəsinə cəlb edilib.
“İki sahil” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ucqar regionlarda alternativ modellərin tətbiqi davam edir. Bir neçə regionda artıq tərbiyəçi-müəllimlər evlərində məktəbəqədər yaşlı uşaqları məşğələlərə cəlb ediblər. Bu işlər uğurla həyata keçirilən ailə tipli məktəbəqədər təlim qrupları çərçivəsində həyata keçirilir.