Yanvar ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan 1462 ərizə müvafiq qaydada araşdırılaraq cavablandırılıb.
Xidmətdən "İki sahil"ə verilən məlumata görə, bununla yanaşı, həmin müddətdə 1 601 sorğu və məktuba baxılıb. Xidmətin rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilən vətəndaşların sayı isə 1418 nəfər olub.
Daxil olan müraciətlər daha çox ictimai iaşə, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, nəqliyyat, emal və digər sahələrə aid olub. Hər bir müraciətin qanunvericiliyin tələbləri əsasında cavablandırılması və sorğu xarakterli müraciətlərə izahatların verilməsi təmin edilib.