12 fevral 2025 14:46
100

BANM rektoru Elmar Qasımov İnsan İnkişafı Forumunda iştirak edib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü, “Paşa Holding”in dəstəyi, Milli Təhsil Texnologiyaları Mərkəzi və İnkişaf Korporasiyasının təşkilatçılığı ilə İnsan İnkişafı Forumu keçirilib.

“İki sahil” xəbər verir ki, forum çərçivəsində "İnsan inkişafı: Uşaq və gənclərdə biznes üçün kompetensiyaların formalaşdırılması" mövzusunda panel iclas təşkil edilib. Paneldə SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov çıxış edib.

Rektor insan kapitalının inkişafında #təhsil müəssisələrinin rolunu vurğulayaraq, gənclərin qlobal əmək bazarına hazırlıqlı olması üçün biznes mühitinə inteqrasiyanın və müasir texnologiyalara yiyələnmənin əhəmiyyətini vurğulayıb.