UEFA Avropa Liqasında bu gün pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
“İki sahil” xəbər verir ki, Türkiyə klublarından "Qalatasaray" səfərdə AZ-ın qonağı olacaqsa, "Fənərbağça" evdə "Anderlext"i qəbul edəcək.
İtaliyanın "Roma" komandası isə səfərdə "Portu" ilə üz-üzə gələcək.
UEFA Avropa Liqası
Pley-off mərhələsi, ilk oyunlar
13 fevral
21:45. “Ferentsvaroş” (Macarıstan) - “Viktoriya” (Çexiya)
21:45. “Yunion” (Belçika) - “Ayaks” (Niderland)
21:45. “Midtyullann” (Danimarka) - “Real Sosyedad” (İspaniya)
21:45. “Fənərbağça” (Türkiyə) - “Anderlext” (Belçika)
00:00. “Portu” (Portuqaliya) - “Roma” (İtaliya)
00:00. "Tvente" (Niderland) - "Budyo Qlimt" (Norveç)
00:00. AZ (Niderland) - "Qalatasaray" (Türkiyə)
00:00. PAOK (Yunanıstan) - FCSB (Rumıniya)
Qeyd edək ki, UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab görüşləri fevralın 20-də keçiriləcək.